“Fənərbağça” “Qalatasaray”ı geridə qoyaraq II pilləyə yüksəlib

"Fənərbağça" "Qalatasaray"ı geridə qoyaraq ikinci pilləyə yüksəldi

“Fənərbağça” futbol üzrə Türkiyə Super Liqasında növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, Emre Belözoğlunun baş məşqçilik etdiyi komanda XXXI turda “Denizlispor”u qəbul edib.

Qarşılaşma İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 64-cü dəqiqədə Mbvana Samatta vurub.

Qələbə sayəsində 62-ci xalını qazanan “Fənərbağça” “Qalatasaray”ı geridə qoyaraq ikinci pilləyə yüksəlib. “Denizlispor” isə 25 xalla sonuncu – 21-ci sıradadır.

Turnir cədvəlinə 64 xalla “Beşiktaş” başçılıq edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir