Ləğv olunan MTN-nin 2 generalı həbs edilib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıb.

Hər iki eks-rəis Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Daha sonra Nəsimi Rayon Məhkəməsi tərəfindən hər iki general barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yaxın vaxtlarda məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir