Myanmada öldürülən etirazçıların sayı yenidən artıb

Myanmada öldürülən etirazçıların sayı yenidən artıb

Myanmada etiraz aksiyalarının iştirakçıları və güc strukturlarının əməkdaşları arasında toqquşmalar nəticəsində öldürülənlərin sayı 570 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiasiyasının saytındakı xəbərdə deyilir.

“Aprelin 5-ə olan məlumata əsasən çevriliş nəticəsində 570 insan öldürülüb”, – məlumatda deyilir.

Assosiasiyanın məlumatına görə, hazırda 2 min 728 nəfər həbsdə saxlanılır, 38 insan həbs cəzasına məhkum edilib. Eyni zamanda, 443 nümayişçini həbsi ilə bağlı məhkəmə qərarı mövcuddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir