Nigerdə “Boko Haram” terrorçuları ilə atışma zamanı dörd hərbçi həlak olub.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Orduda bildirilib ki, silahlılar ağır silahlardan istifadə ilə ölkənin cənub-şərqində Diffa regionunda hərbi posta hücum ediblər. Atışma zamanı daha üç hərbçi yaralanıb.
“Boko Haram” 2000-ci illərin əvvəllərindən bir sıra ölkələrdə fəaliyyət göstərir. Terror təşkilatı 2009-cu ildən 20 mindən çox insanın həyatına son qoyub. Qruplaşma 2015-ci ildən qonşu Kameruna, Çada və Nigerə hücumlar edir.
Çad gölü ərazisində terrorçular azı iki min insanın həyatına qəsd ediblər.