Azərbaycan: ötən günün COVİD-19 tablosu

OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2035 yeni yoluxma faktı qeydə alınıb, 1174 nəfər müalicə olunaraq sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 273 min 869 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, Yoluxanlardan 243 min 467 nəfər müalicə olunaraq sağalıb, 3743 nəfər vəfat edib. Aktiv xəstə sayı 26 min 659 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 701, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 948 min 419 test aparılıb.

Azərbaycanda son sutkada 2035 nəfər COVID-19-a yoluxub, 32 nəfər vəfat edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir