“Beşiktaş” Avropanın ən məhsuldar klubları sırasındadır

Avropada 2020/2021 mövsümündə 10 liqanın ən məhsuldar klublarının reytinqi açıqlanıb.

“Report”un “WhoScored” statistika portalına istinadən məlumatına görə, siyahı çempionatın aparıcı komandaların hər oyuna orta hesabla qol sayı üzrə hazırlanıb.

  • Birinci yeri Niderland təmsilçisi “Ayaks” tutur. Amsterdam komandası hər oyuna orta hesabla 3,1 qol vurur.
  • Almaniya “Bavariya”sı 2-ci (2,9 qol),
  • İngiltərə “Mançester Siti”si 3-cü (2,6 qol) yerdə qərarlaşıb.

Türkiyə Super Liqasının lideri “Beşiktaş” isə 2,1 qolla Portuqaliya “Portu”su və Fransa PSJ-si ilə birgə 7 – 9-cu yerləri bölüşür. “Qartallar” yalnız Şotlandiya “Reyncers”indən (2,2 qol) öndədir. 4-6-cı yerləri hərəyə 2,3 qolla Rusiya “Zenit”i, İspaniya “Barselona”sı və İtaliya “Atalanta”sı tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir