Rumıniyanın Suçava şəhərindəki Ştefan şel Mare Universitetinin mütəxəssisləri koronavirus infeksiyasının “Böyük Britaniya” ştamının mutasiya olmuş variantına yoluxma aşkar ediblər.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
Qeyd olunub ki, yeni variant özündə Böyük Britaniyada aşkarlanan B1.1.7 ştamını və E484K mutasiyasını birləşdirir. B.1.1.7 + E484K variantı peyvəndin effektivliyini azaldır.
Bildirilib ki, universitet, Rumıniyada mövcud olan ştamların obyektiv mənzərəsini formalaşdırmaq üçün ölkənin digər tibb müəssisələri ilə əməkdaşlıq qurmağa hazırdır.