Əfqanıstanda partlayış törədilib

Əfqanıstanda partlayış törədilib, ölənlər və xəsarət alanlar var

Əfqanıstanın şərqində partlayış törədilib.

“Report” xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Cəlilabad şəhərində baş verib. Partlayış zamanı azı 2 nəfər həlak olub, 6 nəfər xəsarət alıb. Qeyd edilir ki, həlak olanlardan biri polis əməkdaşıdır.

Hadisənin təfərrüatı açıqlanmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir