Azərbaycan Premyer Liqasının XXIII turunun təqvimi açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turunun təqvimi açıqlanıb.

Peşəkar Futbol Liqası (PFL) xəbər verir ki, iki günü əhatə edəcək tura aprelin 16-da “ASCO Arena”da keçiriləcək “Səbail”“Qarabağ” oyunu ilə start veriləcək. Oyun saat 18:00-da başlayacaq.

Turun ikinci görüşü həmin gün “Kapital Bank Arena”da keçiriləcək. “Sumqayıt” klubu öz meydanında “Qəbələ” komandasını qəbul edəcək. Qarşılaşma saat 20:15-də start götürəcək.

Daha iki görüş aprelin 17-də keçiriləcək. “ASK Arena”da “Keşlə” komandası “Sabah” klubunu qəbul edəcək. Hakimin start fiti saat 18:00-da səslənəcək.

Turun sonuncu oyunu isə 20:15-də “Neftçi” və “Zirə” komandaları arasında oynanılacaq.

XXIII turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

İyirmi bir turdan sonra turnir cədvəlinə 43 xalla “Qarabağ” klubu başçılıq edir. Qırx iki xalı olan “Neftçi” ikinci, 31 xalla “Zirə” üçüncü, 29 xalı olan “Sumqayıt” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq “Qəbələ” (23), “Səbail” (19), “Keşlə” (19) və “Sabah” (18) klubları qərarlaşıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir