DST-nin həftəlik pandemioloji bülleteni

Dünyada koronavirusdan ölüm faizi artır

Son həftə ərzində dünyada COVİD-19 səbəbindən ölümlərin sayı 11 % artıb.

“Report” xəbər veri ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (DST) həftəlik pandemioloji bülletenində deyilir.

Qeyd edilir ki, koronavirusa yeni yoluxma hallarının sayı artır.

Dünyada yeni növ koronavirusa yoluxma hallarının sayı ardıcıl altıncı həftədir artır, son həftə ərzində 4 milyondan çox yeni yoluxma qeydə alınıb. COVİD-19 səbəbindən vəfat hallarının sayı da keçmiş həftə ilə müqayisədə 11 % artıb, 71 mindən çox yeni ölüm qeydə alınıb“, – bülletendə qeyd edilir.

Təşkilatın məlumatına görə, yeddi gün ərzində cənub-şərqi Asiyada COVID-19-dan ölüm faizinin artımı 46 % təşkil edib. Bu göstərici Şimali və Cənubi Amerikada 15 %, Şərqi Aralıq Dənizi regionu ölkələrində 7 %, Avropada 2 % olub.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin Dünya Səhiyyə Təşkilatını (DST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. DST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir