“Ingenuity” helikopterinin Marsa birinci sınaq uçuşu bazar günündən tez olmayacaq.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Kosmik və Aviasiya İdarəsinin (NASA) mətbuat xidməti bildirib.
Daha əvvəl məlumat verilib ki, “Ingenuity” ilk uçuşunu təxminən aprelin 8-də edəcək. Lakin NASA dəqiqləşdirib ki, bu, bir neçə gün sonra olacaq. Agentlik uçuşun təxirə salınmasının səbəblərini açıqlamayıb.
Helikopterin təxminən üç metr hündürlükdə nəzərdə tutulan uçuşu uğurlu olacağı halda gələcəkdə təxminən 5 metr yüksəklikdə reallaşacaq.
NASA vurğulayıb ki, bu, aparatın başqa bir planetin səthindəki “ilk ötürücü və idarə olunan uçuşu” olacaq.