Azərbaycan Prezidenti İƏT-in Baş katibini “Dostluq” ordeni ilə təltif edib

Azərbaycan Prezidenti İƏT-in Baş katibini “Dostluq” ordeni ilə təltif edib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymi “Dostluq” ordeni ilə təltif olunub.

Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə mükafatlandırılıb.

Prezident İlham Əliyev aprelin 8-də Bakıda Yusif bin Əhməd əl Osaymini qəbul edərkən “Dostluq” ordenini ona təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir