OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 717 yeni yoluxma faktı qeydə alınıb, 1 341 nəfər müalicə olunaraq sağalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər çox təəssüf ki, vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 279 min 181 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Yoluxanlardan 245 min 881 nəfər müalicə olunaraq sağalıb, 3811 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 min 489 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 581, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 977 min 593 test müayinəsi aparılıb.