COVİD-19: Türkiyədə son epidemioloji status

Son 24 saatda Türkiyədə aparılan 304.492 test müayinəsi nəticəsində 55 min 941 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 2316-sı aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 258 nəfər vəfat edib. 37 min 914 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 2615 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3,1%-dir.

Ölkədə indiyədək ümumilikdə 3 milyon 689 min 866 yoluxma, 33 min 201 insan itkisi və 3 milyon 232 min 892 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 40.689.742 COVID-19 test müayinəsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir