Ekvadorda təyyarə qəzaya uğrayıb.
“Report”un məlumatına görə, bu barədə yerli hüquq-mühafizə orqanları xəbər verib.
Ekvador polisi özünün tvitterdəki səhifəsində bildirib ki, hadisə Quayas əyalətində yerləşən Salitre şəhərində olub. Qəza zamanı bir neçə nəfər həlak olub.
Qeyd edilir ki, Ekvador polisi təyyarə qəzasının başvermə şəraitini müəyyənləşdirir.
Təyyarə Laqo-Aqriodan Quayakilə uçurmuş. Hadisə zamanı təyyarədə iki pilot və dörd sərnişin olub, onların hamısı qəzada həlak olub.
Ante reporte de caída de una avioneta, en Salitre #Guayas, @PoliciaEcuador ha desplegado a sus unidades investigativas para determinar responsabilidades.
Noticia en desarrollo pic.twitter.com/rFQFWF02Iu
— Policía Ecuador (@PoliciaEcuador) April 7, 2021