Suriya: “Zeytun budağı” əməliyyat zonasında 2 türk əsgəri şəhid olub

Suriyada terrorçuların hücumu zamanı 2 türk əsgəri şəhid olub.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi rəsmi “Twitter” hesabı üzərindən məlumat yayıb.

“Zeytun budağı” əməliyyat zonasında PKK/YPG terror təşkilatı tərəfindən gerçəkləşdirilən hücum zamanı 2 qəhrəman silahdaşımız şəhid olub. Türkiyə ordusunun cavab tədbirləri nəticəsində azı 3 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Bölgədə müəyyənləşdirilən terror hədəflərinə cavab atəşi davam etdirilməkdədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir