ABŞ Tokio olimpiadasında iştirak edəcək

ABŞ Tokio olimpiadasında iştirak edəcək

ABŞ Yaponiyada pisləşən epidemioloji vəziyyətin əlamətlərinə baxmayaraq yaxınlaşan Tokio Olimpiadasında iştirak etmək niyyətindədir.

“Report” bildirir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib. Onun sözlərinə görə, ABŞ-ın mövqeyi dəyişməzdir:

Əlbəttə ki, ABŞ Milli Olimpiya Komitəsi, eləcə də ABŞ hökumətindəki səhiyyə məsləhətçilərimizlə sıx əlaqədəyik. Ancaq oyunlara qatılan Amerika idmançıları ilə bağlı mövqeyimiz dəyişməyib”.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 24 iyul – 9 avqust 2020-ci ildə keçirilməli idi. Lakin Oyunlar COVİD-19 pandemiyası ilə əlaqədar bu il 23 iyul – 8 avqusta təxirə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir