Ailə Məcəlləsinə dəyişikliklər təsdiqlənib

Prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Təsdiq edilmiş dəyişikliklə Azərbaycanda uşaqların qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürülməsi proseduru asanlaşdırılıb.

Sənədə əsasən, uşağı övladlığa götürmə istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq:

  • – övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;
  • – övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;
  • – övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;
  • – övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir