Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adlar verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, tibb elminin və təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə aşağıdakı əməkdaşlara Azərbaycan Respublikasının fəxri adları verilib.

“Əməkdar elm xadimi”

Allahverdiyeva Lalə İsmayıl qızı

Bağırova Hicran Firudin qızı

Məmmədov Arif Məmməd oğlu

“Əməkdar müəllim”

Həsənov Faiq Paşa oğlu

Məmmədov Fəxrəddin Nərman oğlu

Məmmədova Zemfira Şahnəzər qızı

Ocaqverdi Zadə Elmira Əli qızı

“Əməkdar həkim”

Bəylərov Rauf Oruc oğlu

Pənahov Nazim Adil oğlu

Poluxov Ramiz Şamil oğlu

Şükürov Malik Əvəz oğlu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir