COVID-19 peyvəndlərinin dünya miqyasında paylanmasında şokedici natarazlıq var. Bir çox ölkədə risk qrupunda olan insanlara çatacaq miqdarda belə vaksin yoxdur”.
Bunu BMT çərçivəsində fəaliyyətini davam etdirən Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Adhonom Qebreyesus bugünkü açıqlamasında deyib.
Yüksək gəlirli ölkələrdə orta hesabla hər 4 nəfərdən birinə, aşağı gəlirli ölkələrdə isə hər 500 nəfərdən birinə COVID-19 əleyhinə peyvənd düşür”, – deyə baş direktor bildirib.