Naxçıvan Qarnizonu üzrə hərbiləşdirilmiş kross birinciliyi keçirilib – VİDEO

Hərbi qulluqçular arasında Naxçıvan Qarnizonu üzrə 3 min metr məsafəyə hərbiləşdirilmiş kross birinciliyi keçirilib.

16 komandanın 48 idmançısı arasından 3 min metr məsafədə hərbiləşdirilmiş kross birinciliyinin bütün tələblərinə ən qısa zamanda əməl edənlər qalib gəliblər.

Komanda hesabında

  • 1-ci və 3-cü yerlərə xüsusi təyinatlılar,
  • 2-ci yerə isə motoatıcılar layiq görülüb.

Fərdi hesabda

  • 1-ci yerdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Mahir İbrahimov,
  • 2-ci yerdə əsgər Aqşin Hüseynov,
  • 3-cü yerdə isə əsgər Qurban Allahverdiyev qərarlaşıb.

Qaliblərə Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən kubok, fəxri fərman  və diplomlar təqdim edilib.

Mənbə: Azərbaycan Müdafiə Nazirliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir