Azərbaycan Premyer Liqası: günün ilk oyunu heç-heçə yekunlaşıb

"Neftçi" səfərdə "Qəbələ"ni məğlub edə bilmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.

“Report”un məlumatına görə, günün ilk oyununda “Neftçi” “Qəbələ”nin qonağı olub.

Qəbələ şəhər stadionundakı matç 2:2 hesabı ilə yekunlaşıb. İlk hissədə qapılara qol vurulmayıb. Görüşdə əsas hadisələr ikinci yarıda baş verib. 54-cü dəqiqədə meydan sahiblərinin heyətində Ceyms Adeniyi baxımlı qolla hesabı açıb.

62-ci dəqiqədə paytaxt təmsilçisinin hücumçusu Mirabdulla Abbasov hesabı bərabərləşdirib. Bundan 5 dəqiqə sonra “qırmızı-qaralar” yenidən önə keçib. Yurqen Qoxa topu qapıdan keçirib. Flaqmanın kapitanı Emin Mahmudov 71-ci dəqiqədə penaltidən fərqlənməklə hesaba yenidən tarazlıq gətirib.

İkinci pillədə qərarlaşan “Neftçi” 43-cü, 5-ci sıradakı “Qəbələ” isə 24-cü xalını qazanıb.

Qeyd edək ki, günün digər oyununda “Sabah” “Səbail”i qəbul edəcək. Tura aprelin 11-də oynanılacaq “Zirə” – “Keşlə” və “Qarabağ” – “Sumqayıt” matçları ilə yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir