“Barselona” və “Tottenhem” “Bavariya”nın futbolçusunu almaq istəyindədirlər

“Barselona” və “Tottenhem” “Bavariya”nın futbolçusunu almaq istəyirlər

Jerom Boatenq

Almaniyanın “Bavariya” futbol komandasının müdafiəçisi Jerom Boatenq yay mövsümündə klubu sərbəst agent qismində tərk edəcək.

“Report” “Sport Bild” nəşrinə istinadən xəbər verir ki, İspaniyanın “Barselona” və İngiltərənin “Tottenhem” klubları yaranacaq vəziyyətdən yararlanmaq niyyətindədirlər.

“Barselona” və “Tottenhem” Boatenqi prioritet hədəflər sırasına daxil ediblər. Klubların rəhbərləri hesab edirlər ki, 32 yaşlı almaniyalı maliyyə böhran şəraitində müdafiəni gücləndirmək üçün əlverişli variant ola bilər, çünki cari mövsüm bitəndən sonra onu tam pulsuz əldə etmək olacaq.

Xatırladaq ki, Jerom Boatenq “Bavariya”ya “Mançester Siti”dən 2011-ci ildə keçib.

Müdafiəçinin Münhen klubu ilə hazırkı müqaviləsi 2021-ci ilin iyun ayına qədər qüvvədədir. Bu mövsüm 32 yaşlı alman futbolçu Almaniya çempionatının 22 matçında iştirak edərək 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir