COVİD-19: Türkiyədə son 24 saatın infoqrafikası

Son 24 saatda Türkiyədə aparılan 302.735 test müayinəsi nəticəsində 52 min 676 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 2497-si aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 248 nəfər vəfat edib. 32 min 539 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 2739 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3,1%-dir.

Ölkədə indiyədək ümumilikdə 3 milyon 798 min 333 yoluxma, 33 min 702 insan itkisi və 3 milyon 301 min 217 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 41.297.580 COVID-19 test müayinəsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir