Gürcüstan: matəm günü ilə əlaqədar dövlət bayraqları endirilib

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları endirildi

Bu gün Gürcüstanda matəm günüdür.

Qonşu ölkədə aprelin 7-də faciəvi şəkildə ölən Abxaziyanın Qali rayonunun sakinləri olan 4 Gürcüstan vətəndaşının xatirəsi anılır.

Gürcüstan miqyasında bütün dövlət qurumlarında dövlət bayraqları endirilib.

Xatırladaq ki, həlak olan şəxslər işğal altında saxlanılan Abxaziyadan İnquri çayı vasitəsilə Gürcüstanın nəzarətindəki əraziyə keçməyə cəhd edərkən boğulublar. Onların ikisi 30 yaşlı qadın, ikisi isə 47 və 52 yaşlı kişidir.

Mənbə: Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir