Taekvondoçumuz Avropa çempionatında gümüş medal qazanıb

Taekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı - YENİLƏNİB - 1

Azərbaycan taekvondoçusu Milad Beigi Hərçəqani Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında final görüşünə çıxıb.

“Report”un məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici raundda Rusiyanı təmsil edən Maksim Hramtsovla üz-üzə gəlib.

  • Əsas vaxt 12:12 hesabı ilə bitib.
  • Rəqibinə əlavə vaxtda 0:3 hesabı uduzan Hərçəqani gümüş medal qazanıb.

19:00

Azərbaycan taekvondoçusu Milad Beigi Hərçəqani Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

“Report”un məlumatına görə, 80 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda İspaniya təmsilçisi Raul Martineslə üz-üzə gəlib.

Rəqibini məğlub edən Hərçəqani finala yüksəlib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir