Türkiyə və Ukrayna Prezidentləri arasında görüş başlayıb

Ərdoğanla Zelenski arasında görüş başlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynanın dövlət başçısı Vladimir Zelenski arasında görüş başlayıb.

“Report”un xəbərinə görə, tərəflər Türkiyə Prezidentinin İstanbuldakı Huber iqamətgahında bir araya gəliblər.

Görüşdə regiondakı vəziyyət, ikitərəfli münasibətlərin inkişafı barədə müzakirələr aparılır.

Qeyd edək ki, hər iki ölkə Prezidentlərinin iştirakı ilə Türkiyə-Ukrayna Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu iclası keçiriləcək.

Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir