COVİD-19: Türkiyədə son statistik vəziyyət

Son 24 saatda Türkiyədə aparılan 294.274 test müayinəsi nəticəsində 50 min 678 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 2548-i aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 237 nəfər vəfat edib. 30 min 194 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 2824 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3,1%-dir.

Ölkədə indiyədək ümumilikdə 3 milyon 849 min 011 yoluxma, 33 min 939 insan itkisi və 3 milyon 331 min 411 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 41.591.854 COVID-19 test müayinəsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir