Hindistanda ağır yol qəzası baş verib.
“Report”un TASS-a istinadən xəbərinə görə, bu barədə yerli televiziya məlumat yayıb.
Hadisə Uttar-Pradeş ştatında qeydə alınıb. Sərnişin avtobusu yol kənarındakı xəndəyə aşıb. Qəza zamanı minimum 10 nəfər həlak olub, 30 nəfər müxtəlif xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisəyə sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub.
Qəzanın digər detalları açıqlanmır.