Çexiyanın paytaxtı Praqada mənzildə baş verən yanğın zamanı azı 14 sakin xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çexiyanın Birləşmiş Təcili Tibbi Yardım Xidmətinin nümayəndəsi Yana Poştova bildirib.
O qeyd edib ki, zərərçəkənlər arasında uşaqlar da var.
“Yaşayış binasının üçüncü mərtəbəsindəki mənzildə baş verən yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, onlardan 6-sı 1-7 yaşa qədər uşaqlardır“, – o qeyd edib.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Bildirilir ki, uşaqlardan ikisi ağır vəziyyətdədir. Onlar reanimasiyadadır.
Polis yanğının səbəblərini araşdırır.