Ekvadorda prezident seçkiləri sona çatıb

Ekvadorda prezident seçkiləri başa çatdı

Ekvadorda prezident seçkilərinin ikinci turu sona çatıb.

Bu barədə “Report” respublikanın Milli Seçki Şurası bildirib.

Demokratiyanın gücləndirilməsinə və Ekvadorun siyasi həyatında aktiv iştirakınıza verdiyiniz töhfəyə görə təşəkkürlər. Seçki günü bitdi”, – Şuranın tvitterdəki xəbərində bildirilir.

Güman edilir ki, Şura saat 19:00-da (Bakı vaxtı ilə saat 04:00-da) səsvermənin ilkin nəticələrini elan edəcək.

“Cedatos” şirkəti tərəfindən keçirilən “exitt poll”un nəticələrinə görə, sabiq bankir, sağ mərkəzçi “KREO Hərəkat”dan namizəd Gilyermo Lasso seçkilərin ikinci turunda qalib olub. İlkin məlumata görə, o, 53,24% səs toplayıb. Lassonun rəqibi, sol mərkəzçi “Ümid naminə İttifaq” koalisiyasını təmsil edən Andres Araus 46,76% səs toplayıb.

Daha əvvəl bildirilirdi ki, ikinci turda sol mərkəzçi “Ümid naminə İttifaq” koalisiyasını təmsil edən Andres Arausla sabiq bankir, sağ mərkəzçi “KREO Hərəkat”dan Gilyermo Lasso mübarizə aparacaqlar.

Seçkilərdə qalib gələn şəxs mayın 24-də prezident vəzifəsinin icrasına başlayacaq. Onun vəzifə səlahiyyətinin müddəti dörd ildir.

Ekvadorda prezident seçkilərinin birinci turu fevralın 7-də keçirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir