İspaniya Primerası: “Atletiko” qələbəni əldən verib

"Atletiko" "Betis"lə matçda qələbəni əldən verdi

İspaniya Primerasının 30-cu tur matçında “Betis” “Atletiko” (Madrid) ilə qarşılaşıb.

“Report” xəbər verir ki, görüş Sevilyada “Benito Vilyamarin” stadionunda keçirilib və 1:1 hesabı ilə sona çatıb.

Qarşılaşmada hesab 5-ci dəqiqədə açılıb. “Atletiko”nun yarımmüdafiəçisi Yannik Karrasko Anhel Korreanın ötürməsini qola çevirib. Matçın 20-ci dəqiqəsində “Betis”in müdafiəçisi Kristian Telyo hesabı bərabərləşdirib.

“Atletiko” 67 xal yığaraq İspaniya çempionatını yarış cədvəlinə liderlik edir. “Betis” 47 xalla yarış cədvəlində altıncı yerdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir