ABŞ-da atışma olub.
“Report” xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, hadisə Tennesi ştatında baş verib. Atışma zamanı bir neçə nəfər xəsarət alıb. Yerli mətbuat orqanları hadisə zamanı 1 nəfərin öldürüldüyünü bildirib.
Yerli polis özünün tvitterdəki səhifəsində atışmanın Noksvill şəhərindəki məktəbdə – “Austin-East Magnet”də qeydə alındığını xəbər verib. Qeyd edilir ki, xəsarət alanlar arasında polis əməkdaşı da var. Yerli sakinlərə atışmanın baş verdiyi ərazidən uzaq olmaq tövsiyə edilib.
İnsidentin təfərrüatı açıqlanmır. Atəşin kim tərəfindən açıldığı bildirilmir. Hadisə ilə bağlı araşdırma aparılır.
Multiple agencies are on the scene of a shooting at Austin-East Magnet High School. Multiple gunshot victims reported, including a KPD officer. The investigation remains active at this time. Please avoid the area. pic.twitter.com/ViQirnQSpx
— Knoxville Police TN (@Knoxville_PD) April 12, 2021