Azərbaycanda prokurorluq işçilərinə rütbələrin verilmə qaydası dəyişdirilir

Azərbaycanda prokurorluq işçilərinə rütbələrin verilməsi qaydasına dəyişiklik olunur.

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 18-ci maddəsinə dəyişikliklə prokurorluq işçisinə vaxtından əvvəl rütbə onun daşıdığı rütbədə olma müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər. Vaxtından əvvəl və növbədənkənar rütbənin verilməsinə işçinin prokurorluqda qulluq etdiyi müddətdə yalnız iki dəfə yol verilə bilər.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin aprelin 13-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Mənbə: Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir