Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edib.
Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransı ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev açıb.
Dövlətimizin başçısı konfransda çıxış edib.
Tədbir müzakirələr, şərhlər və sual-cavabla davam edib.
Mənbə: president.az