OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 457 yeni yoluxma faktı qeydə alınıb, 2 002 nəfər müalicə olunaraq sağalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər çox təəssüf ki, vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 289 min 601 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Yoluxanlardan 253 min 762 nəfər müalicə olunaraq sağalıb, 3978 nəfər vəfat edib. Aktiv xəstə sayı 31 min 861 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 254, ötən müddət ərzində isə cəmi 3 milyon 040 min 386 test aparılıb.