COVİD-19: Türkiyədə gündəlik yoluxma sayı və insan itkisi artmaqdadır

Son 24 saatda Türkiyədə aparılan 301.068 test müayinəsi nəticəsində 54 min 562 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 2671-i aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 243 nəfər vəfat edib. 41 min 218 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 2891 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3,3%-dir.

Ölkədə indiyədək ümumilikdə 3  milyon 903 min 573 yoluxma, 34 min 182 insan itkisi və 3  milyon 372 min 629 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 41.892.922    COVID-19 test müayinəsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir