Türkiyə Sahil Təhlükəsizlik Komandanlığı miqrantları xilas edib

Türkiyənin Sahil Təhlükəsizlik Komandanlığı 55 miqrantı xilas edib

Egey dənizinin Günəş adası ətrafında 55 qanunsuz miqrantın tərk edilməsi barədə məlumat alan Türkiyə Sahil Təhlükəsizlik Komandanlığının əməkdaşları həmin əraziyə gediblər.

Qaçqınlar Midilli adasına getmək istəyərkən Yunanıstan Sahil Mühafizə Komandası tərəfindən qovularaq Türkiyə ərazi sularına göndəriliblər. Türkiyə Sahil Təhlükəsizlik komandası tərəfindən xilas edilən miqrantlar Cunda adasındaki Sahil Mühafizə Komandanlığı mərkəzinə gətirilərək zəruri qida məhsulları, geyim və tibbi ləvazimatlarla təmin ediliblər.

Mənbə: Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir