ABŞ və Rusiya Prezidentləri – Cozef Bayden və Vladimir Putin arasında görüş bu yay ola bilər.
“Report”un məlumatına görə, bunu Ağ evin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, ABŞ və Rusiya Prezidentləri arasındakı telefon danışığı zamanı C.Bayden Rusiya ilə sabit əlaqələr qurmağı hədəflədiyini təsdiqləyib və iki ölkənin qarşısında duran bütün məsələlərin müzakirəsi üçün növbəti aylarda üçüncü ölkədə sammit keçirməyi təklif edib.