COVİD-19: Azərbaycanda ötən günün epidemioloji statistikası

OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2293 yeni yoluxma faktı qeydə alınıb, 2071 nəfər müalicə olunaraq sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər çox təəssüf ki, vəfat edib.

İndiyədək ümumilikdə 291 min 894 nəfər koronavirus infeksiyasına yoluxub. Yoluxanlardan 255 min 833 nəfər müalicə olunaraq sağalıb, 4 009 nəfər vəfat edib. Aktiv xəstə sayı 32 min 052 nəfərdir.

Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə son sutka ərzində 14 086, hazırkı dövrədək isə cəmi 3 milyon 054 min 472 test aparılıb.

Azərbaycanda daha 2293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir