Son 24 saatda Türkiyədə aparılan 310.420 test müayinəsi nəticəsində 62 min 797 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 2802-i aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 279 nəfər vəfat edib. 55 min 413 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.
Xəstələrdən 3018 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3,3%-dir.
Ölkədə indiyədək ümumilikdə 4 milyon 025 min 557 yoluxma, 34 min 734 insan itkisi və 3 milyon 480 min 146 sağalma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 42.509.905 COVID-19 test müayinəsi aparılıb.