Avropanın daha bir loukosteri Gürcüstan bazarına daxil olur

Avropanın daha bir loukosteri Gürcüstan bazarına daxil olur

Almaniyanın aşagı büdcəli aviaşirkəti – “Eurowings” bu il iyulun 21-dən Düsseldorf – Tbilisi – Düsseldorf marşrutu üzrə reyslər yerinə yetirəcək.

Uçuşlar həftədə iki dəfə “Airbus 320” markalı təyyarələrlə həyata keçiriləcək.

Loukosterin sonrakı mərhələlərdə istiqamətləri artıracağı gözlənilir.

“Eurowings” şirkəti “Lufthansa Group” aviasiya holdinqinin törəmə şirkətlərindən biridir, bazası Düsseldorf şəhərində yerləşir.

Mənbə: Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir