Çempionlar Liqasının rekordu yenilənib

"Real Madrid" Çempionlar Liqasının rekordunu yenilədi

UEFA Çempionlar Liqasının 1/4 finalının cavab görüşündə “Liverpul” “Real Madrid”lə heç-heçə oynayıb.

“Report” xəbər verir ki, görüş Liverpulun (İngiltərə) “Enfild” stadionunda keçirilib və 0:0 hesabı ilə qurtarıb.

“Real Madrid” 14-cü dəfə Çempionlar Liqasının yarımfinalında çıxış edəcək. Bu, yarış tarixində ən yaxşı göstəricidir. “Barselona” və “Bavariya” kimi ən yaxın təqibçilər Çempionlar Liqasının yarımfinalında 12 dəfə oynayıblar.

UEFA Çempionlar Liqasının 1/4 finalının “Real Madrid”lə “Liverpul” arasındakı birinci görüşü aprelin 6-da Madriddə (İspaniya) keçirilib və İspaniya komandasının 3:1 hesablı qələbəsi ilə sona çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir