COVİD-19: son 24 saatda dünya miqyasında “yaz rekord”u təsbit edilib

Planetimizi çənbər kimi saran SARS-CoV-2 virusu israrla və yüksək sürətlə yayılmaqda davam edir.

Son 24 saatda aparılan COVİD-19 test müayinələri nəticəsində Yer kürəsində 803 min 194 nəfərin yeni növ koronavirusa yoluxduğu aşkarlanıb. Bu, pandemiyanın başlanğıcından bəri gündəlik yoluxma sayı 800 000 həddində təsbit edilən 3-cü antirekord göstəricidir.

Atipik pnevmoniyadan dünya miqyasında 13 513 insan həyatını itirib.

Ötən günün ən yüksək yeni yoluxma göstəriciləri Hindistan (199 min 569), ABŞ (78 min 439),  Braziliya (75 min 998), Türkiyə (62 min 797), Fransa (43 min 505), Almaniya (32 min 546), İran (25 min 582), Argentina (25 min 157), Polşa (21 min 283), Kolumbiya (16 min 487), İtaliya (16 min 168) və Ukraynada (14 min 553) təsbit edilib.

Bununla pandemiya müddətində Yer kürəsi əhalisi arasında yeni növ koronavirusa yoluxanların ümumi sayı kəskin artaraq 138 milyon 820 min 166-ya yüksəlib. Yoluxanlardan indiyədək 2 milyon 984 min 901 (3%) nəfər COVID-19 səbəbindən vəfat edib, 111 milyon 605 min 220 (97%) nəfər sağalıb.

219 ölkə və bölgə üzrə qeydə alınan 24 milyon 230 min 045 (99,6%) aktiv koronavirus xəstəsindən 106 min 508 (0,4%) nəfərin  kliniki vəziyyəti ağır qiymətləndirilir.

Mənbə: Worldometer /GMT 01:40/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir