COVİD-19: Türkiyədə son epidemioloji tablo

Son 24 saatda Türkiyədə aparılan 318.217 test müayinəsi nəticəsində 61 min 400 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 2845-i aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 297 nəfər vəfat edib. 54 min 894 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 3080 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3,3%-dir.

Ölkədə indiyədək ümumilikdə 4 milyon 086 min 957 yoluxma, 35 min 031 insan itkisi və 3 milyon 535 min 040 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 42.828.122 COVID-19 test müayinəsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir