Aprelin 19-dan 25-dək Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatında iştirak edəcək sərbəst güləşçilər müəyyənləşib.
Böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında qitə birinciliyində
- Əfqan Xaşalov (57 kq),
- Əhmədnəbi Qvarzatilov (61 kq),
- Əli Rəhimzadə (65 kq),
- Turan Bayramov (70 kq),
- Əşrəf Aşırov (74 kq),
- Rəşad Yusifli (79 kq),
- Hacımurad Məhəmmədsəidov (86 kq),
- Osman Nurməhəmmədov (92 kq) və
- Şamil Zubairov (97 kq) mübarizə aparacaq.
Aprelin 18-də sərbəst güləşdə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin rəqibləri müəyyənləşəcək.
Növbəti gün 57, 65, 70, 79 və 97 kq-da mübarizəyə start veriləcək. Digər çəkilərdə çıxış edən sərbəst güləşçilər isə ayın 20-də xalça üzərinə çıxacaq.
Güləşin bu növündə mübarizəyə aprelin 21-də yekun vurulacaq.