Rusiya Xarici İşlər Nazirliyi ölkəyə girişi qadağan edilən ABŞ rəsmilərinin adlarını açıqlayıb.
Bu barədə Rusiya XİN xəbər verir.
Məlumata görə,
- ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Alexandro Mayorkas,
- baş prokuror Merrik Qarland,
- Milli Kəşfiyyat İdarəsinin direktoru Maykl Karbaxal,
- ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton,
- Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Vuls,
- ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heyns,
- Federal Təhqiqatlar Bürosunun rəhbəri Kristofer Rey və
- ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi,
- ABŞ Prezidentinin daxili siyasət üzrə müşaviri Suzan Raysın Rusiyaya girişi qadağan edilib.
Mənbə: Report