Angela Merkelə “Vaxzevria” vaksini vurulub

Angela Merkelə "AstraZeneca" vaksini vurulub

Angela Merkel

Almaniya kansleri Angela Merkelə COVİD-19 əleyhinə “Vaxzevria” (“AstraZeneca”) vaksininin birinci dozası vurulub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.

“Mən şadam ki, bu gün (aprelin 16-da – red.) “AstraZeneca”nın birinci dozasını vurdurdum. Peyvəndlənmə kampaniyasında iştirak edənlərə, vaksinasiya olunanlara təşəkkür edirəm. Peyvənd olunmaq pandemiyanı dəf etməyin açarıdır”, – Ş.Zaybert A.Merkelin sözlərini tvitter səhifəsində yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir