Cozef Bayden və Vladimir Putin
ABŞ Prezidenti Cozef Bayden Rusiya Prezidenti Vladimir Putinlə şəxsi ünsiyyətin əhəmiyyətli olduğunu bildirib.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
“Prezident Putinə şəxsən və birbaşa ünsiyyətin daha təsirli münasibətlər üçün lazım olacağına əminliyimi ifadə etdim, o bununla razılaşdı”, – Bayden deyib.
“Mən bunun üçün cari ilin yayında ölkələrimizin razılaşdırdığı məsələləri həll etmək üçün Avropada görüşməyi təklif etdim”, – ABŞ rəhbəri deyib.
“Bizim komandalarımız indi bu imkanı müzakirə edirlər”, – Amerika Prezidenti əlavə edib.