Son 24 saatda Türkiyədə aparılan 320.078 test müayinəsi nəticəsində 63 min 082 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 2915-i aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 289 nəfər vəfat edib. 56 min 510 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.
Xəstələrdən 3205 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3,3%-dir.
Ölkədə indiyədək ümumilikdə 4 milyon 150 min 039 yoluxma, 35 min 320 insan itkisi və 3 milyon 591 min 550 sağalma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 43.148.200 COVID-19 test müayinəsi aparılıb.